İranın xarici işlər naziri Suriyaya səfər edəcək

İranın xarici işlər naziri Suriyaya səfər edəcək
# 14 yanvar 2023 00:29 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livandan Suriyaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, hazırda Livanda olan İranın xarici işlər naziri bu gün Dəməşqə rəsmi səfər edəcək.

Səfər zamanı Hüseyn Əmir Abdullahiyan Suriyanın xarici işlər naziri Faysal Miqdad ilə görüşəcək və iki ölkə arasında müxtəlif sahələrdə ortaq məsələləri müzakirə edəcəklər.

Hüseyn Əmir Abdullahiyan Suriyadan Türkiyəyə və oradan da Rusiyaya səfər edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR