İranlı diplomatlar Səudiyyə Ərəbistanında fəaliyyətlərini bərpa edib

İranlı diplomatlar Səudiyyə Ərəbistanında fəaliyyətlərini bərpa edib
# 17 yanvar 2022 12:25 (UTC +04:00)

İranın 3 diplomatı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yenidən fəaliyyətə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, həmin diplomatlar 6 illik fasilədən sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərəcək strukturda çalışacaq.

Məlumata görə, artıq diplomatlar Ciddə şəhərində işə başlayıb.

Qeyd edək ki, bir müddət öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanın 3 diplomata Ciddə şəhərində fəaliyyət üçün viza verdiyini açıqlamışdı.

O bildirmişdi ki, Səudiyyə Ərəbistanın bu addımı iki ölkənin əlaqələrinin bərpası üçün ciddi və müsbət bir addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR