İraqda güclü qum fırtınası baş verib

İraqda güclü qum fırtınası baş verib
# 24 may 2022 08:07 (UTC +04:00)

İraqda güclü qum fırtınası baş verib.

APA xəbər verir ki, yerli sakinlər evlərini tərk etməməyə çalışırlar.

Meteroloqlar küləyin sürətinin isə 40-50 km/saata çatacağını və görmə məsafəsinin 100 metrə qədər azalacağını proqnoz edir.

Hazırda beynəlxalq hava limanları, təhsil müəssisələri və dövlət müəssisələri işləmir.

Qeyd edək ki, İraqda qum fırtınası bir aydan çoxdur davam edir.

Mayın əvvəlində baş verən fırtınadan sonra 5 mindən çox adam boğulma şikayəti ilə həkimlərə müraciət edib, bir nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR