İsrailin Baş naziri Baydenə cavab verib

İsrailin Baş naziri Baydenə cavab verib
# 29 mart 2023 03:54 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenə cavab verib.

APA xəbər verir ki, Baş nazir Netanyahu "Twitter" hesabında paylaşım edib.

"Mən prezident Baydeni 40 ildən çox müddətdir ki, tanıyıram və onun İsrailə uzunmüddətli sadiqliyini yüksək qiymətləndirirəm".

Netanyahu vurğulayıb ki, İsrail və ABŞ arasındakı müttəfiqlik münasibətləri sarsılmazdır və hər zaman bu iki ölkə yaranan fikir ayrılıqlarını aradan qaldıra bilir.

Məhkəmə islahtları ilə bağlı Netanyahu qeyd edib ki, onun administrasiyası hökumətin üç sütunu arasında "düzgün tarazlığı bərpa etməklə demokratiyanın möhkəmləndirilməsinə sadiqdir".

"Biz buna geniş konsensus vasitəsilə nail olmağa çalışırıq.

İsrail suveren ölkədir, qərarlarını xalqının iradəsi ilə verir və bu, xaricdən, o cümlədən ən yaxşı dostlardan gələn təzyiqlərə əsaslanmır", - Netanyahu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR