Ərbil Təhlükəsizlik İdarəsi Türkiyənin Baş Konsulluğunun əməkdaşına hücum edən terrorçunun saxlanıldığını elan edib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, türkiyəli diplomata hücum edən şəxs İraq ərazisində saxlanılıb.
Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, türkiyəli diplomata hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir nəfər türkiyəli diplomat və 2 iraqlı həlak olub.