Kabilin mərkəzində baş verən partlayışda 2 nəfər yaralanıb - YENİLƏNİB

Kabilin mərkəzində baş verən partlayışda 2 nəfər yaralanıb - YENİLƏNİB
# 01 yanvar 2022 21:28 (UTC +04:00)

Bu gün Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş verən güclü partlayış nəticəsində 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Partlayışın Pedaqoji Universitetin yaxınlığında baş verdiyi bildirilib.

***

19:14

Bu gün Əfqanıstanın paytaxtı Kabilin mərkəzində güclü partlayış baş verib.

APA bildirir ki, bu barədə “Əfqanıstanın səsi” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Pedaqoji Universitetin yaxınlığında baş verib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR