KİV: Filippində təyyarə qəzaya uğrayıb

Filippin HHQ

© APA | Filippin HHQ

# 25 yanvar 2023 11:35 (UTC +04:00)

Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Batan əyalətinin Pilar şəhərində təlim təyyarəsinin qəzaya uğraması xəbərini ölkənin HHQ-nin nümayəndəsi təsdiqləyib. Qəza zamanı təyyarədə iki pilot olub.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur, qəzanın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR