KİV: Şri-Lankada prezident seçkiləri 2023-cü ilin mart ayına qədər keçiriləcək

KİV: Şri-Lankada prezident seçkiləri 2023-cü ilin mart ayına qədər keçiriləcək
# 11 iyul 2022 08:35 (UTC +04:00)

Şri-Lankada prezident seçkiləri 2023-cü ilin martına kimi keçiriləcək.

APA xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti hökumətdəki yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırkı prezident Qotabai Rajapaksanın istefasından sonra Şri-Lankada həm prezident, həm də parlament seçkiləri 2023-cü ilin mart ayına qədər keçiriləcək.

Qeyd edək ki, Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də istefa verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR