Koreya Prezidenti Yaponiyaya səfər edəcək

Yun Sok Yol - Fumio Kişida

© APA | Yun Sok Yol - Fumio Kişida

# 14 mart 2023 10:30 (UTC +04:00)

Koreya Respublikasının Prezidenti Yun Sok Yol martın 16-da Yaponiyaya səfər edəcək.

APA “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin mətbuat katibi Hirokazu Matsuno bildirib.

Səfər çərçivəsində iki ölkə liderlərinin martın 16-da Tokioda görüşü baş tutacaq və Yun Sok Yol Yaponiyanın Baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq.

Həmçinin qeyd olunub ki, Yun Sok Yolun səfəri ikitərəfli münasibətlərin normallaşmasına töhfə vermək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR