Mərkəzi Asiya ölkələrinin rəhbərləri Çinə səfər edəcəklər

Mərkəzi Asiya ölkələrinin rəhbərləri Çinə səfər edəcəklər
# 08 may 2023 16:10 (UTC +04:00)

Mərkəzi Asiya ölkələrinin liderləri “Çin-Mərkəzi Asiya” sammitində iştirak etmək üçün Çinə dövlət səfərləri edəcəklər.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Məlumata əsasən, Çin sədri Si Cinpinin dəvəti ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 16-20 may tarixlərində Çinə dövlət səfərləri edəcəklər.

Qeyd olunub ki, Çinin şimal-qərbindəki Şaansi əyalətinin inzibati mərkəzi olan Sian şəhərində 18-19 may tarixlərində “Çin-Mərkəzi Asiya” sammiti keçiriləcək.

Sammitə Si Cinpin rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR