MİKTA-nın xarici işlər nazirləri Ukraynanı müzakirə edib

MİKTA-nın xarici işlər nazirləri Ukraynanı müzakirə edib
# 07 iyul 2022 13:39 (UTC +04:00)

MİKTA-nın xarici işlər nazirlərinin iclası keçirilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Sədrlik etdiyimiz MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) xarici işlər nazirlərinin toplantısında Ukraynadakı son vəziyyət, qida təhlükəsizliyi, ümumi gündəliyimizdəki məsələləri, o cümlədən miqrasiyanı müzakirə etdik”, - Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, toplantı İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR