Nepal mülki aviasiyası: Təyyarə qəzasında 68 nəfər ölüb

Nepal mülki aviasiyası: Təyyarə qəzasında 68 nəfər ölüb
# 15 yanvar 2023 16:18 (UTC +04:00)

ATR 72-nin göyərtəsində olan 72 nəfərdən 68-i həlak olub.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Nepalın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, Nepal vətəndaşları olan iki sərnişin sağ qalıb. Onların vəziyyəti son dərəcə ağırdır. Sağ qalan daha iki nəfər barəsində isə məlumat verilmir.

Qeyd edək ki, bu gün Katmandudan Poxaraya uçan Yeti Hava Yollarına məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR