Pakistan nüvə proqramında güzəştə getməyəcək

İshaq Dar

© APA | İshaq Dar

# 17 mart 2023 11:19 (UTC +04:00)

“Nüvə proqramı ölkənin milli sərvətidir və Pakistan nüvə proqramında güzəştə getməyəcək”.

APA Pakistan Nazirlər Kabinetinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri İshaq Dar parlamentdəki çıxışı zamanı bəyan edib.

Nazir qeyd edib ki, ölkəsinin təhlükəsizliyini təmin edən milli nüvə proqramı məsələsində güzəştə gedilməyəcək və Pakistan bu barədə bütün təzyiqləri rədd edir.

Dar həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF), nüvə silahı məsələsində Pakistanın güzəştə getməsi şərti ilə, ölkəyə əlavə maliyyə yardımı ilə bağlı təkliflərini rədd edib:

“Heç kəsin Pakistana raketlərin hansı məsafədə uçuş qabiliyyətinə malik olması və ölkənin hansı nüvə silahına sahib ola biləcəyini diktə etməyə haqqı yoxdur. BVF ilə saziş imzalandıqdan dərhal sonra onun mətni dərc olunacaq və ictimaiyyətdən heç bir şey gizlədilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR