Paşinyan Türkiyəyə işgüzar səfər edib

Paşinyan Türkiyəyə işgüzar səfər edib
# 03 iyun 2023 18:05 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

APA xəbər verir ki, Paşinyanı Ermənistan Respublikası Milli Assambleyasının vitse-spikeri, Ermənistan-Türkiyə dialoqu prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirini Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR