Polşanın xarici işlər naziri İrana səfər edəcək

 Polşanın xarici işlər naziri İrana səfər edəcək
# 06 may 2022 22:11 (UTC +04:00)

Polşanın xarici işlər naziri Zbiqnyev Rau İrana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, 2 günlük səfər çərçivəsində diplomat iranlı həmkarı Hüseyn Əmirabdullahiyan və digər İran rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Z.Raunun polşalı qaçqınların İrana gəlişinin 80-cı ildönümü mərasimində iştirak edəcəyi gözlənilir.

S.Xətibzadə səfərin dəqiq tarixini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR