Rəisi: “İranın Xəzəryanı ölkələrlə çox yaxşı əlaqələri var”

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 29 iyun 2022 10:50 (UTC +04:00)

Xəzər dənizi sahilyanı ölkələrin müştərək mirasıdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi bu gün Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin zirvə toplantısına getməzdən əvvəl deyib.

İbrahim Rəisi bildirib ki, İranın Xəzəryanı ölkələrlə çox yaxşı əlaqələri var.

O qeyd edib ki, Türkmənistanda keçirilən iclasda Xəzərin hüquqi statusu və Xəzəryanı ölkələr arasında əməkdaşlığın artırılması perspektivi müzakirə olunacaq.

Qeyd edək ki, İran Prezidentinin Türkmənistana səfəri başlayıb. Səfər çərçivəsində onun Xəzəryanı ölkə rəhbərləri ilə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR