Rəisi: "Rusiya və İran sanksiyaların təsirini birgə neytrallaşdırır" - YENİLƏNİB

Rəisi: "Rusiya və İran sanksiyaların təsirini birgə neytrallaşdırır" - YENİLƏNİB
# 15 sentyabr 2022 15:44 (UTC +04:00)

İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tanımaqdan imtina edir.

APA- nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə Özbəkistandakı görüşündə deyib.

O bildirib ki, Rusiya və İran ABŞ sanksiyalarının təsirini birgə neytrallaşdırır: "Tehran Moskva ilə əlaqələrini gücləndirməyə davam edəcək".

Görüşdə V. Putin bildirib ki, Rusiya İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması üçün hər cür səy göstərib: "Təşkilatdakı tərəfdaşlarımız sizin istəyinizi dəstəklədi. İranla qarşılıqlı ticarət keçən il 81%, bu ilin ilk 5 ayında isə daha 30% artıb".

***

13:47

Rusiya Prezidenti Vladimir Putin və İran dövlət başçısı İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.

APA TASS-a istinadən xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə Putin İranın ŞƏT-ə qoşulmasından məmnunluq ifadə edib.

“Üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb. İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir”, - Putin vurğulayıb.

Rusiya lideri bir çox beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqelərinin üst-üstə düşdüyünü də xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR