Rəisinin Özbəkistana səfəri başlayıb

Rəisinin Özbəkistana səfəri başlayıb
# 14 sentyabr 2022 12:36 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisinin Özbəkistana səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ.Rəisi səfərdən öncə verdiyi açıqlamada İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün təsdiqləndiyini bildirib.

İ.Rəisi qeyd edib ki, İran və Özbəkistan arasında çox yaxşı əlaqələr mövcuddur. "Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edir, lakin hər iki ölkə bu rəqəmin kafi olmadığı və daha da artırılmasında maraqlıdır".

O bildirib ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlülüyü ötən iclasda təsdiqlənib. "Sənədlər araşdırılıb və ölkəmizə təqdim olunub. Bu səfərin önəmi bu təsdiqlənmiş sənədlərin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanmasıdır."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR