Rəsmi Madrid İranda həbs edilmiş ispaniyalıların buraxılmasını istəyir

Rəsmi Madrid İranda həbs edilmiş ispaniyalıların buraxılmasını istəyir
# 12 noyabr 2022 00:12 (UTC +04:00)

İspaniya İrandan bu ölkədə həbs olunan vətəndaşlarının sərbəst buraxılmasını istəyib.

APA-nın Tehran bürosunun məlumatına görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez iranlı həmkarı Hüseyn Əmirabdullahianla telefon danışığında son iğtişaşlar zamanı İranda həbs olunan iki ispaniyanlının sərbəst buraxılmasını istəyib.

H.Əmirabdullahian bəzi Qərb ölkələrinin İrandakı son iğtişaşlar və terror hadisələri ilə bağlı qeyri-konstruktiv mövqeyini tənqid edib. Diplomat bildirib ki, bəzi Avropa rəsmiləri milli maraqlardan daha çox partiya maraqlarına diqqət yetirirlər.

Telefon danışığında İspaniyanın xarici işlər naziri Şirazda baş verən terror hadisəsini pisləyərək, İspaniya xalqı və hökumətinin İran xalqı və hökumətinə dəstəyini ifadə edib, dialoqun zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR