Səfir: "Yunanıstan müsadirə etdiyi İran neftini geri qaytaracaq"

Səfir: "Yunanıstan müsadirə etdiyi İran neftini geri qaytaracaq"
# 09 iyun 2022 11:30 (UTC +04:00)

Yunanıstan müsadirə etdiyi İran neftini geri qaytaracaq.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Yunanıstandakı səfiri Əhməd Naderi öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Yunanıstan Apellyasiya Məhkəməsi İranın neft gəmisinin saxlanılması və yükünün müsadirəsi ilə bağlı məhkəmənin əvvəlki qərarını ləğv edib. Beləliklə, müsadirə olunan neftin hamısı İrana geri qaytarılacaq.

Səfir qeyd edib ki, məhkəmənin qərarının tam icra olunması ilə bağlı Yunanıstan rəsmiləri ilə sıx müzakirələr davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR