Sel və daşqın səbəbindən Tehran-Şimal dəmiryolu bağlanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Dəmiryolu Şirkəti bildirib.
Qeyd olunub ki, daşqın nəticəsində Zarin Rəşt-Məhabad dəhlizindəki Tehran-Şimal dəmiryolu xəttinin bir hissəsi zədələndiyindən bağlanıb.
Dəmiryolunun işçi heyəti problemi tez bir zamanda həll etməyə çalışır.
***
Saat 17:38
İranda son günlər baş verən sel və daşqınlar nəticəsində ümumilikdə 12 nəfər həlak olub.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasına bildirilib.
Qeyd olunub ki, 5 nəfər Sistan və Bəlucistan əyalətində, 7 nəfər isə Tehran vilayətində həlak olub.
Həmçinin 14 nəfər itkin düşüb.
Bu müddətdə 3 667 nəfərə yardım göstərilib.