Serbiya prezidenti sabah Türkiyəyə səfər edəcək 

Aleksandr Vuçiç

© APA | Aleksandr Vuçiç

# 17 yanvar 2022 23:22 (UTC +04:00)

Serbiya prezidenti Aleksandr Vuçiç sabah Türkiyəyə rəsmi səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı Vuçiç Türkiyə-Serbiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclasında iştirak edəcək. Görüşlərdə Balkanlarda sülh və sabitliyin qorunması məsələsi olmaqla regional, habelə beynəlxalq hadisələr, bu sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR