Şimali Koreyada koronavirusa ilk yoluxma olub 

Şimali Koreyada koronavirusa ilk yoluxma olub 
# 12 may 2022 05:10 (UTC +04:00)

Şimali Koreya hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Mayın 8-də hakimiyyət orqanları Pxenyan sakinlərindən analiz götürüb.

Nəticədə bir nəfərdə omikron ştammının yarımnövünün aşkarlanması qeydə alınıb.

Bununla bağlı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib.

Bununla bağlı KXDR lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.

Pandemiyada KXDR hakimiyyəti 2020-ci ilin əvvəlində ölkəni infeksiyanın yayılmasından qorumaq üçün fövqəladə tədbirlər görüb, o cümlədən dövlətin sərhədlərini bağlayıb.

Pxenyan beynəlxalq COVAX mexanizmi çərçivəsində respublikaya koronavirus vaksinlərin tədarükünə razılıq verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR