Şri-Lanka prezidenti rəsmi şəkildə istefa verməyib

Qotabai Racapaska

© APA | Qotabai Racapaska

# 14 iyul 2022 08:12 (UTC +04:00)

Şri-Lanka parlamentinin spikeri Yapa Abeivardena bildirib ki, prezident Qotabai Racapaskanın istefa ərizəsi parlamentə daxil olmayıb.

APA-nın xəbərinə görə, bu barədə News First portalı məlumat yayıb.

Spiker xatırladıb ki, dövlət başçısı 13 iyulda istefa verəcəyini bəyan etmişdi.

Qeyd edək ki, bir-neçə gün əvvəl etiraz aksiyalarına görə Şri-Lanka prezidenti paytaxt Kolombodan uzaqlaşmışdı. Sonradan onun Maldiv adalarına getdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR