Şri-Lankada fövqəladə vəziyyət elan olunub

Şri-Lankada fövqəladə vəziyyət elan olunub
# 13 iyul 2022 10:33 (UTC +04:00)

Şri-Lankada prezident ölkədən qaçdıqdan sonra fövqəladə vəziyyət elan olunub.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Etirazçılar paytaxt Kolomboda prezidentin ölkədən qaçmasından sonra Şri-Lankanın Baş nazirinin istefası tələbi ilə növbəti dəfə yürüş edir.

“Biz Baş nazirin istefa verməsini istəyirik, çünki konstitusiyamıza görə, prezident istefa verərsə, Baş nazir onun səlahiyyətlərini müvəqqəti olaraq icra edir. İnsanlar hər ikisinin də getməsini istəyir”, - Şri-Lanka hökumətinin keçmiş müşaviri ANI xəbər agentliyinə bildirib.

Qeyd edək ki, ölkə prezidenti iyulun 12-də ölkəni tərk edərək Maldiv adalarına gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR