Tayvan Hondurasla diplomatik əlaqələri kəsib və səfirini geri çağırıb

Tayvan Hondurasla diplomatik əlaqələri kəsib və səfirini geri çağırıb
# 26 mart 2023 09:31 (UTC +04:00)

Tayvanın Xarici İşlər Nazirliyi Hondurasla diplomatik əlaqələri kəsmək qərarına gəlib. Ölkədə səfirlik bağlanıb, diplomatlar ada ərazisindən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Tayvan xarici işlər naziri Cozef Vu mətbuat konfransında bildirib.

Nazir deyib ki, Honduras Respublikası ilə diplomatik əlaqələri dayandırmaq, ikitərəfli əməkdaşlığı tamamilə dayandırmaq və səfirliyi çıxarmaq qərarına gəliblər: “Bir neçə gün əvvəl biz səfiri Hondurasdan geri çağırdıq, o, artıq Tayvana qayıdıb”.

O vurğulayıb ki, diplomatik münasibətlərin kəsilməsi barədə qərar bazar günü səhər Honduras xarici işlər naziri Pekinə gələndən bir gün əvvəl verilib.

Qeyd edək ki, ilk diplomatik əlaqələri Honduras özü kəsib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, o, yalnız bir Çinin mövcudluğunu tanıyır və yalnız ÇXR qanuni hökumətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR