TBMM sədri: “Türkiyə hər zaman Qazaxıstanın yanındadır”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

© APA | Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

# 06 yanvar 2022 13:54 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib.

APA-nın xəbərinə görə, o, bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Dost və qardaş ölkə Qazaxıstanda baş verən hadisələri kədərlə və yaxından izləyirik. Qazaxıstan dövlətinin və qardaş Qazaxıstan xalqının sağlam düşüncə ilə bu çətin günləri dəf edəcəyinə, tezliklə sülh və sabitliyə qovuşacağına inanırıq. Türkiyə hər zaman Qazaxıstanın yanındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR