Türkiyə NATO-nu terrorla mübarizədə ona dəstək olmağa dəvət edib - YENİLƏNİB

Türkiyə NATO-nu terrorla mübarizədə ona dəstək olmağa dəvət edib  - YENİLƏNİB
# 21 iyul 2022 21:10 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iclasının nəticələrinə dair mətbuata yazılı açıqlama verilib.

Qeyd olunub ki, Ankara NATO müttəfiqlərini FETÖ və PKK/KCK-PYD/YPG terror təşkilatları ilə mübarizədə Türkiyənin yanında olmağa və dəstək verməyə dəvət edib.

Bundan əlavə, terror təşkilatları ilə əməkdaşlıq edən xəyanət şəbəkəsini tamamilə aradan qaldırmaq üçün səylərin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

İclasda Yunanıstanın təxribat xarakterli hərəkətləri ilə yanaşı, ölkənin su və hava məkanını pozmağa davam etməsinin qəbuledilməz olduğu bildirilib.

Son olaraq Milli Təhlükəsizlik Şurası Rusiya və Ukrayna arasında münaqişəni də müzakirə edib: “Biz daha çox insan ölümünə və dağıntılara səbəb olmazdan əvvəl hərtərəfli atəşkəsin mümkün qədər tez əldə olunması çağırışımızı təkrarlayır, bu çərçivədə Türkiyənin davamlı sülhün bərqərar olması və qlobal ərzaq böhranına çevrilən problemin həlli istiqamətində səylərinin davam edəcəyini bildiririk”.

***

19.06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

APA NTV telekanalına istinadən xəbər verir ki, iclasda Suriyanın şimalında planlaşdırılan yeni antiterror əməliyyatı müzakirəyə çıxarılacaq.

İclas zamanı Ukraynadakı müharibə, eyni zamanda, Ukraynadan dəniz yolu ilə taxıl dəhlizinin yaradılması da müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR