Türkiyə və Pakistan hərbi əməkdaşlığı artıracaq

Türkiyə və Pakistan hərbi əməkdaşlığı artıracaq
# 01 iyun 2022 17:23 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asiflə görüşüb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında keçirilən görüşə də sədrlik edib.

Görüş zamanı ikitərəfli əlaqələr, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib, müdafiə sənayesində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazir Akar tərəfindən Türkiyə ilə Pakistan arasında dərin əlaqələrin mövcudluğu vurğulanaraq, iki ölkə arasında hərbi əməkdaşlığın daha da artırılmasının vacibliyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR