Türkiyədə Pəncə-Kilit Əməliyyatı bölgəsində helikopter sərt eniş edib.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ötən gün saat 23:45 radələrində “Skorsky” helikopterin sərt enişi zamanı qəza yaşanıb.
Helikopterdə olan 8 personaldan 7-si xilas edilib.
Bölgədə itkin düşən bir nəfərin axtarış-xilasetmə işləri davam edir.