Türkiyədə meşə yanğınının söndürülməsinə 29 helikopter cəlb olunub, 450 nəfər təxliyə edilib - YENİLƏNİB - VİDEO

Türkiyədə meşə yanğınının söndürülməsinə 29 helikopter cəlb olunub, 450 nəfər təxliyə edilib - YENİLƏNİB  - VİDEO
# 07 sentyabr 2022 22:40 (UTC +04:00)

Türkiyənin Mersin şəhərində baş verən meşə yanğın davam edir.

APA yerli mediaya istinadən xəbər verir ki, Gülnar rayonunda baş verən yanğına havadan və qurudan müdaxilə edilir.

Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğının söndürülməsinə 29 helikopter, 11 təyyarə, 138 texnika və 712 canlı qüvvə cəlb olunub.

Ərazidən 450 nəfər təxliyə edilib.

Yanğın zamanı xəsarət alan 9 nəfərdən 7-nin xəstəxanalardan birində müalicəsi davam edir.
Bölgəyə ətraf əyalətlərdən də gücləndirmə qrupları göndərilib.

***

Saat 21:15

Türkiyədə meşə yanğını baş verib.

APA yerli mediaya istinadən xəbər verir ki, hadisə Manisa şəhərinin Kızılören rayonunda baş verib.

Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb.

Yanğın yerinə 10 helikopter, 6 təyyarə, 61 texnika göndərilib. Alovlara havadan və qurudan müdaxilə davam edir.

Yanğın səbəbindən ətraf ərazidə yaşayanlar təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR