Türkiyədə yol qəzasında 3 hərbçi yaralanıb

Karaman

© APA | Karaman

# 08 dekabr 2022 11:30 (UTC +04:00)

Türkiyənin Karaman vilayətində hərbi maşın qəzaya uğrayıb, 3 hərbçi yaralanıb.

APA xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd olunub ki, Ayrancı şəhəri yaxınlığında baş vermiş qəzaya maşının təkərlərindən birinin partlaması səbəb olub. Nəticədə sürücü idarəetməni itirib, maşın yol kənarına çırpılaraq aşıb. Nəticədə yanğın başlayıb və hadisə yerinə gələnlər 3 yaralı hərbçinin həyatını xilas edə bilib.

Həmçinin əlavə olunub ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR