Türkiyədə zəncirvarı qəza olub, 4 nəfər ölüb

Türkiyədə zəncirvarı qəza olub, 4 nəfər ölüb
# 05 fevral 2023 14:02 (UTC +04:00)

Bu gün Türkiyədə zəncirvarı qəza olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə İstanbul Bursa-İzmir magistralının Bursadan keçən hissəsində baş verib.

Buz bağlayan yolda sürüşən 4 avtomobil bir-birinə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR