Yair Lapid Baş nazir səlahiyyətlərinin icrasına başlayıb

Yair Lapid Baş nazir səlahiyyətlərinin icrasına başlayıb
# 30 iyun 2022 15:41 (UTC +04:00)

İsrailin Baş naziri postunu tərk edən Naftali Bennet hökumətə rəhbərlik etmək səlahiyyətlərini xarici işlər naziri Yair Lapidə təhvil verib.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı rəsmi mərasim Knessetin buraxılması barədə qərar verildikdən dərhal sonra Yerusəlimdə keçirilib.

Bennet səlahiyyətlərini Lapidə 2021-ci ilin yazında keçirilmiş seçkilərdən sonra imzalanan koalisiya razılaşması əsasında təhvil verib.

Lapid noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Baş nazir səlahiyyətlərini icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR