Yaponiya müdafiə naziri Çini təmkinli olmağa çağırıb

Yaponiya müdafiə naziri Çini təmkinli olmağa çağırıb
# 12 iyun 2022 17:22 (UTC +04:00)

Yaponiya və Çinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ikitərəfli dialoqun davam etdirilməsi barədə razılaşıblar.

APA xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Razılaşma Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə Çinin müdafiə naziri Vey Fenhe arasında Sinqapurda keçirilən görüş zamanı əldə olunub.

Qeyd edilir ki, görüş zamanı Yaponiyanın müdafiə naziri Çinin Şərqi Çin və Cənub Çin dənizlərində hərəkətləri ilə bağlı narahatlığını ifadə edərək, bu ölkəni təmkinli olmağa çağırıb.

Bundan əlavə, N.Kişi Yaponiya sərhədləri yaxınlığında Rusiya və Çinin birgə təlimlərindən narahatlığını da bildirərək, bu təlimləri “Yaponiyaya qarşı yönəlmiş nümayişkaranə hərəkət” adlandırıb.

Yaponiyanın müdafiə naziri, həmçinin bildirib ki, Tayvan boğazında sülhün qorunması regionda sülhün və sabitliyin açarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR