Yaponiyada son 150 ilin rekord istiliyi qeydə alınıb

Yaponiyada son 150 ilin rekord istiliyi qeydə alınıb
# 29 iyun 2022 23:16 (UTC +04:00)

Yaponiya son 150 ilin ən isti iyun ayını yaşayır.

APA xəbər verir ki, günvurmadan əziyyət çəkən onlarla insan xəstəxanalara yerləşdirilib.

Ölkə tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə ardıcıl 5 gündür hərarət 35 dərəcədən aşağı enmir. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR