Yəməndə silah anbarında partlayış olub, 6 nəfər ölüb

Yəməndə silah anbarında partlayış olub, 6 nəfər ölüb
# 05 iyul 2022 18:49 (UTC +04:00)

Yəmənin cənubunda Abyan vilayətində silah anbarının partlaması nəticəsində azı 6 nəfər ölüb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, hadisə zamanı daha 30 nəfər xəsarət alıb.

Yerli sakinlər partlayışın silah ticarəti ilə məşğul olan şəxsin üçmərtəbəli evində baş verdiyini, ölən və yaralananların yaxınlıqdakı valyuta məntəqəsində maaşlarını almağa hazırlaşan şəxslər olduğunu deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR