Yeni Zelandiya sərhəd keçid məntəqələrində sanitar məhdudiyyətləri ləğv edib

Yeni Zelandiya sərhəd keçid məntəqələrində sanitar məhdudiyyətləri ləğv edib
# 01 avqust 2022 08:14 (UTC +04:00)

Avqustun 1-dən etibarən Yeni Zelandiya sərhəd keçid məntəqələrində koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.

Nazirlik bildirib ki, bu gündən etibarən turistlər və tələbələr viza üçün müraciət edə bilərlər. Eyni zamanda kruiz gəmilərinin səfərləri ilə bağlı məhdudiyyətlər də aradan qaldırılıb.

Nazirliyin məlumatında göstərilir ki, gəmi turizmi hər il ölkəyə 315 milyon dollar gəlir gətirirdi. Mövsümün əvvəlindən qadağaların götürülməsi turizm şirkətlərinə ikinci yarımillə bağlı planlarını həyata keçirməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR