Azərbaycan millisi Avropa çempionatı üçün heyəti açıqlayıb

Azərbaycan millisi Avropa çempionatı üçün heyəti açıqlayıb
  • Clock-gray 17:30
  • calendar-gray 10 Fevral 2021

Ağır atletika üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Rusiyanın paytaxtı Moskvada keçiriləcək yarışın ilkin iştirak ərizəsinə 8 idmançı daxil edib.

Mərziyyə Məhərrəmova (49 kq), Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Günel Vəliyeva (64 kq) və 
Elnurə Abbasova (71 kq) qadınların yarışında qüvvəsini sınayacaq. Kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq), Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaq.

Qeyd edək ki, aprelin 3-11-də keçiriləcək yarış üçün yekun ərizələr aprelin 1-dək təqdim olunmalıdır.

ApaSport

Digər xəbərlər