Azərbaycan atleti dünya çempionatını yeddinci yerdə bitirib

Azərbaycan atleti dünya çempionatını yeddinci yerdə bitirib
  • Clock-gray 22:16
  • calendar-gray 28 Sentyabr 2019

Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatı davam edir. 

APA-nın məlumatına görə, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı çıxışını başa vurub. 

Ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Anna Skidan çəkicatma növü üzrə final mərhələsində mübarizə aparıb. Milliləşdirilmiş legioner 72,83 m nəticə ilə dünya çempionatını 7-ci yerdə bitirib. İlk pilləni isə 77,54 m göstərici ilə amerikalı Prays DeAnna tutub. 

Dünya çempionatında bir gün öncə üçtəkanla tullanma növündə Nazim Babayev də mübarizəni dayandırıb. Eyni növdə yarışan Aleks Kopello final mərhələsinə yüksəlib. Digər milliləşdirilmiş atlet Evans Kiplaqat isə marafonda çıxış edəcək. O, oktyabrın 6-da start xəttinə çıxacaq. 

Qeyd edək ki, A. Skidan təsnifat mərhələsində 73,32 m nəticə göstərmişdi.  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date