“Bakı Marafonu 2018”-in qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

 “Bakı Marafonu 2018”-in qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2018 14:55 (UTC +04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2018”in kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

APA-nın məlumatına görə, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib.

Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafatlarla, eləcə də medallarla təltif ediliblər.

Qeyd edək ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxıb. Qadınların arasında isə türkiyəli Çelik Fadimə, ukraynalı Valentina Poltavska, Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.

Həmçinin “Azercell” şirkətinin köynəyində yarışanlar arasında qalib olan Namiq Əsədova, ikinci yeri tutan Samir Paşayevə və üçüncü olan Tural Sadıxlıya isə müxtəlif hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR