ABŞ şirkəti Batumi limanında yeni terminalın inşasına 20 mln. dollar ayıracaq

ABŞ şirkəti Batumi limanında yeni terminalın inşasına 20 mln. dollar ayıracaq
# 11 fevral 2020 10:22 (UTC +04:00)

ABŞ-ın “Trammo” korporasiyası Gürcüstanın Batumi limanında yeni terminalın tikintisinə 20 mln. dollar ayıracaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Edvard Veyner Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə Nyu-Yorkda baş tutan görüşdə bildirib.

Onun sözlərinə görə, yeni terminal Asiya və Avropa bazarlarının əlaqələndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, “Forbes”in reytinq cədvəlinə görə “Trammo” ABŞ-ın 58-ci ən böyük korporasiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR