Abxaziyadan Gürcüstanın nəzarəti altındakı əraziyə keçmək istəyən 4 nəfər çayda batıb

Abxaziyadan Gürcüstanın nəzarəti altındakı əraziyə keçmək istəyən 4 nəfər çayda batıb
# 07 aprel 2021 13:29 (UTC +04:00)

İşğal altındakı Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 nəfər Enquri çayında batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, xilasedicilər çayda batanlardan üçünün meyitini Enquri çayının Zuqdidi bələdiyyəsinin Şamqona kəndi yaxınlığından keçən hissəsində tapıb, itkin düşən dördüncü şəxsin axtarışları isə davam etdirilir.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR