Almaniya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa edilib

Almaniya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa edilib
# 03 avqust 2020 12:17 (UTC +04:00)

Almaniyanın “Lufthansa” aviaşirkəti Gürcüstana müntəzəm uçuşları bərpa edib.

APA-nın yerli bürosu xəbər verir ki, uçuşlar cümə axşamı və bazar günləri Tbilisi istiqamətində, hər bazar ertəsi və cümə günləri isə Münhen istiqamətində həyata keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan qadağa iyulun 31-də ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR