Almaniyada kütləvi aksiyalar zamanı 12 polis əməkdaşı xəsarət alıb

Almaniyada kütləvi aksiyalar zamanı 12 polis əməkdaşı xəsarət alıb
# 14 mart 2021 07:14 (UTC +04:00)

Almaniyanın Drezden şəhərində pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyaları zamanı azı 12 asyiş keşikçisi xəsarət alıb.

APA “Die Zeit” qəzetinə istinadən xəbər verir ki, icazəsiz aksiyalarda 47 qanun pozuntusu qeydə alınıb.

Yerli polisin məlumatına görə, etirazçılar polisə müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyinə görə azı 3 nümayişçi saxlanılıb.

Nümayişçilər bütün qadağaların qaldırılmasını tələb ediblər.

Qeyd edək ki, Almaniyada pandemiya müddətində 2,5 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR