Almaniyada son sutkada koronavirusdan 962 nəfər vəfat edib

Almaniyada son sutkada koronavirusdan 962 nəfər vəfat edib
# 23 dekabr 2020 11:23 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 962 nəfər vəfat edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Ölkədə indiyədək koronavirusdan ölənlərin ümumi sayı 27 968 nəfərə çatıb.

Son sutka ərzində 24 740 yeni yoluxma qeydə alınıb, bununla da indiyə qədər Almaniyada koronavirusa yoluxanların ümumi sayı 1 554 920 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR