Almaniyada son sutkada koronavirusdan ölüm sayında rekord göstərici qeydə alınıb

Almaniyada son sutkada koronavirusdan ölüm sayında rekord göstərici qeydə alınıb
# 16 dekabr 2020 10:49 (UTC +04:00)

Almaniyada son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüm sayında rekord göstərici qeydə alınıb.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, son 24 saat ərzində 952 nəfər koronavirusdan vəfat edib. Bu, ölkədə indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Son sutkada koronavirusa yoluxanların sayı isə 27 728 nəfər olub. Almaniyada indiyə qədər ümumilikdə 1 379 238 nəfər koronavirusa yoluxub, onlardan bir milyondan çoxu artıq sağalıb, 23 427 nəfər isə vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR