Ankarada yaşı 65-dən yuxarı olanlara küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq

Ankarada yaşı 65-dən yuxarı olanlara küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq
  • Clock-gray 02:00
  • calendar-gray 11 Noyabr 2020

Türkiyənin paytaxtı Ankarada yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yaşı 65-dən yuxarı olanlara küçəyə çıxma məhdudiyyəti qoyulub. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ankara valisi Vasip Şahin bildirib.

Vali deyib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlar yerli vaxtla saat 10:00-16:00 radələrində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində küçəyə çıxa bilcəklər.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər