Avropa parlamentinin prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb

Avropa parlamentinin prezidenti Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb
# 13 avqust 2020 15:21 (UTC +04:00)

Avropa parlamentinin prezidenti David Sassoli Belarus Prezidenti Aleksandr Lukaşenkonu zorakılıqdan çəkinməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə D. Sassoli “Twitter”də bildirib.

“Mən prezident Lukaşenkoya müraciət edərək onu zorakılığı dayandırmağa və saxlanılanları dərhal azad etməyə çağırıram. Belarus xalqının etiraz etmək hüququ var. Dövlət orqanları tərəfindən qəddar güc tətbiq edilməsinin beynəlxalq hüquqa görə nəticələri də olmalıdır”, - deyə D. Sassoli qeyd edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq 4 gündür davam edir. 7000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir.
Seçkidə A. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR