Azərbaycanlı müşahidəçilər: "Gürcüstanda parlament seçkiləri azad və ədalətli keçirilib"

Azərbaycanlı müşahidəçilər: "Gürcüstanda parlament seçkiləri azad və ədalətli keçirilib"
  • Clock-gray 13:08
  • calendar-gray 01 Noyabr 2020

Gürcüstanda keçirilən parlament seçkiləri ədalətli və ən yüksək səviyyədə təşkil olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bunu GUAM-ın Parlament Assambleyasının prezidenti, Gürcüstanda parlament seçkilərində müşahidəçi qismində iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev parlament seçkilərinin gedişini dəyərləndirərkən deyib. O bildirib ki, seçkilər beynəlxalq öhdəliklərə və standartlara uyğun keçirilib: “Gürcüstanda beynəlxalq öhdəliklərə və standartlara uyğun demokratik parlament seçkiləri keçirildi. Seçkilər ATƏT və Avropa Şurası, həmçinin yerli qanunvericiliyin tələblərinə uyğun, ədalətli və azad idi”.

Parlament seçkilərində iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev də seçkilərin qayda və normalar gözlənilməklə yüksək səviyyədə təşkil edildiyini deyib.

Bildirib ki, Azərbaycanlı müşahidəçilər azərbaycanlıların kompakt yaşadığı müxtəlif şəhərləri, eləcə də qaçqın və məcburi köçkünlərin yaşadığı əraziləri ziyarət edib və səsvermə prosesinin gedişini müşahidə ediblər. Deputat seçkilərin nəticələrinin Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcəyinə müsbət təsir edəcəyinə inandığını qeyd edib.

Səid Babazadə

Digər xəbərlər